Joost Klein : “AYB mənə hələ də açıqlama verməyib”

Niderlandın Avroviziya 2024 təmsilçisi Joost Klein, Avroviziyadan diskvalifikasiya olunması ilə bağlı “The Guardian” nəşrinə müsahibə verib :

Səhnə arxasında xüsusi bir sahəmiz yox idi. Mənə zorbalıq edən və hətta tualetə getdiyim zaman belə məni qeydə alan bir delegasiya komandası var idi. Bu nümayəndə heyətinin hansı ölkəyə aid olduğunu deməyəcəyəm, məncə, hər kəs bilir.

Kameramana fiziki təmas etmədim. Onların avadanlıqlarına toxunmadım. Onsuz da belə bir şey olsaydı, iş bağlanmazdı. Telefonumda həmin anın görüntüləri durur. Həqiqətən heç nə olmadığını göstərmək üçün bəlkə bir gün YouTube-a yükləyərəm. AYB isə məni niyə diskvalifikasiya etdiyini belə izah etmədi.

Qeyd edək ki, Joost Klein böyük finala bir gün qalmış İsveçdən olan bir qadının polisə şikayəti səbəbilə diskvalifikasiya edilmişdi. Daha sonra Joostun günahsız olduğu məlum oldu və məhkəməsi ləğv edildi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Theo Evan “Shh” deyəcək!

Gürcüstanı Avroviziya 2025-də Mariam Shengelia təmsil edəcək!

Rəy bildir