Tanış Ol – Claude

Claude Kiambe 16 sentyabr 2003-cü ildə Konqo Demokratik Respublikasında doğulub. Doqquz yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Öncə Alkmaardakı sığınacaq mərkəzində yaşayıb, sonra Enkhuizendə məskunlaşıb. Orta məktəbi bitirərək, otel idarəçiliyi üzrə təhsil alıb, lakin bu sahədə davam etməyib. O, holland, fransız və ingilis dillərində sərbəst danışır.

Claude musiqi karyerasına 2019-cu ildə “The Voice Kids” yarışmasına qatılaraq başlayıb, lakin “battles” mərhələsində mübarizəni dayandırıb.

2020-ci ildə “Are You Next?” şousunda qalib gəlib və Cloud 9 musiqi şirkəti ilə müqavilə imzalayıb. 2022-ci ildə “Ladada (Mon dernier mot)” sinqlı ilə Hollandiyada böyük uğur qazanıb, Top 40 siyahısında zirvəyə yüksəlib. Bu nailiyyəti ona 3FM Mükafatında “Ən Yaxşı Yeni İfaçı” və Qmusic tərəfindən “İlin İfaçısı” titullarını qazandırıb. Musiqisində Stromae və Lewis Capaldidən ilham aldığını bildirib.

2024-cü ilin dekabrında AVROTROS onun Niderlandı 2025 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan edib. 27 fevral 2025-ci ildə “C’est la vie” mahnısını təqdim edib. Mahnısını anasına ithaf edib və onun həyatda pozitiv qalmağı öyrətdiyini vurğulayıb. “C’est la vie” həyatın çətinliklərini qəbul edib, müsbət tərəflərə baxmaq haqqındadır.

Mahnı fransız və ingilis dillərində ifa olunub və afrobeat ritmlərini ballada üslubu ilə birləşdirib. Claude konqolu köklərini əks etdirən bu mahnı ilə həyatın eniş-yoxuşlarına qarşı dözümlü olmağı çatdırıb. Bu parçada Niderlandın əvvəlki il elektron musiqi janrından uzaqlaşaraq fərqli bir üslubu sınadığını müşahidə edirik.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

We are in Basel with Samsung Azerbaijan!

Tanış Ol – Lucio Corsi

Rəy bildir