Tanış Ol – Sissal

Sissal 1995-ci ilin fevral ayında Farer adalarının paytaxtında dünyaya gözlərini açıb.

Hələ uşaq yaşlarında səhnəyə addım atan müğənni 2005-ci ildə Farer adalarında keçirilən “Nósa Barnaprix” müsabiqəsinin qalibi olub. Müğənninin vətənindəki uğurları bununla yekunlaşmır. 15 yaşında ikən o, “Ársins Songrødd” adlanan daha bir mahnı müsabiqəsinin qalibi olur. Bu dövrlərdə o, Avroviziya mahnısında da ilham alacağı İsveç müğənnisi Robynin müsiqisi ilə tanış olur.

2020-ci ildə Danimarkaya köçən müğənni karyerasını irəlilətmək üçün intensiv çalışır. Sissalın indiyədək 9 sinqlı yayımlanıb. 2025-ci ildə isə onun “Hear me Now” adlanan mini albomu işıq üzü görüb.

Uşaqlıqdan Avroviziya fanatı olan Sissalın ən sevdiyi Avroviziya mahnıları Lenanın “Satelite” (Avroviziya 2010 Almaniya) və Loreninin “Euphoria”sıdır (Avroviziya 2012 İsveç).

2025-ci ildə Sissal, Danimarkanın milli seçim turu “Dansk Melodi Grand Prix”də “Hallucination” adlı mahnısı ilə iştirak edərək qalib gəlib və İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmək hüququ qazanıb. Sissalın “Dansk Melodi Grand Prix”də qələbəsi marağa səbəb olub çünki o, Reiley-nin 2023-cü ildə qələbəsindən sonra Danimarkanı Avroviziyada təmsil edən ikinci farerli sənətçidir.

Sissal son müsahibələrindən Avroviziyadakı çıxısına hazırlaşdığını bildirib. O, müsabiqədəki səhnəsinin “Dansk Melodi Grand Prix”dən tamamilə fərqlənəcəyini elan edib. Onun Avroviziyada iştirakı həm Danimarkada, həm də Farer adalarında diqqəti cəlb edib, pərəstişkarları onun beynəlxalq səhnədəki çıxışını səbirsizliklə gözləyirlər. Sissalın yerli istedaddan Avroviziyaya qədər səyahəti onun sənətinə sadiqliyini və müxtəlif mədəniyyətlərdə olan tamaşaçılarla əlaqə yaratmaq bacarığına diqqət çəkir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Portuqaliya seçimini Napadan yana etdi!

Avroviziya 2025 səhnəmizi onlar quracaq – Ace Bowerman və Jorge Antonio

Rəy bildir