Tanış Ol – Kyle Alessandro

Kyle Alessandro Helgesen Villalobos, səhnə adı ilə Kyle Alessandro, 10 mart 2006-cı ildə Norveçin Levanger şəhərində doğulub və Steinkjer və Trondheim şəhərlərində böyüyüb. Atası ispan, anası isə norveçlidir.

Kyle, 2017-ci ildə 10 yaşında ikən Norveçin “Norske Talenter” adlı istedad şousunda iştirak edərək musiqi karyerasına başlayıb. Daha sonra “Allsang på grensen” kimi televiziya proqramlarında çıxış edib və bir neçə sinql ilə “Første kapittel” adlı debüt studiya albomunu yayımlayıb.

2023-cü ildə Kyle, Kristian Haugstøyl və Magnus Winjum ilə birlikdə Umami Tsunami adlı layihə ilə Melodi Grand Prix 2023-də “Geronimo” mahnısı ilə iştirak edib və finala yüksəliblər. İki il sonra, 2025-ci ildə, solo ifaçı kimi “Lighter” mahnısı ilə Melodi Grand Prix 2025-də iştirak edib və qalib gəlib. Beləliklə, Kyle Alessandro Norveçi 2025-ci ilin may ayında İsveçrənin Bazel şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – VÆB

Tanış Ol – Princ

Rəy bildir