Tanış ol – Red Sebastian!

Seppe Guido Yvonne Herreman, yəni Red Sebastian, 13 may 1999-cu ildə Ostend şəhərində dünyaya göz açır. Redin ailəsi övladlarının doğumunu günəşin doğuşuna, ilk səsinin isə melodiyaya bənzədiyini söyləyir. Beləliklə, Red Sebastian 7 yaşından musiqi ilə yaxından maraqlanmağa başlayır.

Red Sebastian uşaqlığını Lady Gaga fanatı olaraq keçirir. Yaşı artdıqca musiqi zövqü dəyişərək, Miley Cyrus, Justin Timberlake və Bruno Mars kimi müğənnilərdən ilhamlanmağa başlayır.

İlk səhnə təcrübəsi 13 yaşında “Belgium’s Got Talend” yarışmasında başlayan Seppe, 2019-cu ildə özünə Red Sebastian təxəllüsünü seçir və ilk albomu “You”nu təqdim edir. Daha sonra “Sing Again” yarışmasına qatılaraq final mərhələsinə qədər yüksəlir.

Və yekunda, Red Avroviziyada da özünü sınamaq qərarına gəlir. Belçika milli finalına “Strobe Lights” adlı mahnı ilə qatılaraq böyük fərqlə qalib gəlir.

Maraqlısı odur ki, Red Sebastian ad günündə finala keçmək uğrunda birinci yarımfinalda mübarizə aparacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mamagama və dünyaca məşhur musiqi qrupu bir səhnəni bölüşə bilər

Polşa seçimini etdi! – Justyna Steczkowska Avroviziya 2025-də ölkəni təmsil edəcək

Rəy bildir