Tanış ol – Tautumeitas!

Ötən gecə baş tutan “Supernova 2025” finalında xalq səsverməsini qazanaraq Latviyanı təmsil etmə hüququ qazanan Tautumeitası gəlin yaxından tanıyaq.

Qrup 2015-ci ildə Asnate Rancāne, Aurēlija Rancāne, Laura Vārpiņa, Lauma Bērza və İlona Dzērve dostlarının iştirakı ilə Riga şəhərində qurulur. Şənliklərdə və toylarda folk musiqisi ifa edən Tautumeitas, 2017-ci ildə “Auli” qrupu ilə ilk albomları “Lai māsiņa rotājās!”ı təqdim edir. Albom elə təqdim edildiyi ildə Latviyanın “Ən Yaxşı Folk Musiqisi Albomu” nominasiyası üzrə qızıl mikrafon qazanır.

Daha sonra qrup ilk solo debut albomları “Tautumeitas”ı təqdim edərək yenidən mükafat qazanır və avropa musiqi sıralamalarında ilk 50-ə girməyə bacarır. Bununla yetinməyən qrup mini dünya turuna çıxaraq, Estoniya, Danimarka, Litva, Avstriya, Yaponiya və Çində konsertlər verir.

2021-ci ildə Lauma Bērza, 2024-cü ildə isə qrupun qurucularından olan İlona Dzērve qrupdan ayrıldığını açıqlayıb. Laura Marta Līcīte və Gabriēla Zvaigznīte isə qrupun yeni üzvləri olaraq açıqlanıb.

Nəhayət qrup Avroviziyaya qatılmaq üçün qərar verir və “Supernova 2025”ə “Bur man laimi” adlı mahnı təqdim edir. Və 20 noyabrda milli finala seçilərək, finalda xalq səsverməsini qazanaraq istəklərinə nail olurlar.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Ziferblat

Mamagama və dünyaca məşhur musiqi qrupu bir səhnəni bölüşə bilər

Rəy bildir