Klavdia Papadopoulou 18 avqust 2002-ci ildə anadan olub. O səhnə adı ilə Klavdia kimi tanınır.
Cəmi 22 yaşında olmasına baxmayaraq, Klavdia artıq bir çox tanınmış sənətçilərlə eyni səhnəni bölüşüb. O, Yunanıstan musiqisinin əfsanəsi Dionysis Savvopoulos ilə çıxış edib, Mad Video Music Awards-da Konstantinos Argyros ilə duet ifa edib və Giorgos Sampanis ilə konsertlərdə iştirak edib. Bundan əlavə, məşhur DJ-lər və musiqi prodüserləri Playmen və Valeron ilə əməkdaşlıq edərək 2000-ci illərin beynəlxalq rəqs hitlərini özünəməxsus tərzdə təqdim edib. Onun “Touch Me” və “Movin’ Too Fast” koverləri xüsusilə böyük maraqla qarşılanıb.
Klavdia, “The Voice of Greece” müsabiqəsinin finalına yüksəlib və burada Eurovision qalibi Helena Paparizounun mentorluğu altında çıxış edib. Bu uğurdan sonra platina satışı əldə edən sinqllarını buraxaraq böyük populyarlıq qazanıb. Hazırda isə o, məşhur mahnılarına etdiyi fərqli koverlərlə sosial şəbəkələrdə geniş izləyici auditoriyası toplayıb – TikTokda 200,000-dən çox izləyicisi var.
Onun “Haramata” və “Vasanizomai” kimi hitləri, Klavdiyaya 2023-cü ildə Kiprdə keçirilən Super Music Awards-da “Ən Yaxşı Yeni Sənətçi” mükafatını qazandırıb. “Lonely Heart” isə onun Shazam Discovery Listdə birinci yerə yüksələn ilk mahnısı olub.
Ötən günlərdə Ethnikós Telikós 2025 seçim mərhələsi baş tutub və 12 sənətçi Yunanıstanı təmsil etmək uğrunda səhnəyə çıxıb. Müsabiqənin qalibi isə Klavdia olub. O, “Asteromáta” adlı mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsi 2025-də Yunanıstanı təmsil etmək hüququ qazanıb.
Mənbə: Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






