Nigar Camaldan son dəqiqə Avroviziya 2025 açıqlaması!

Avroviziya 2011 qalibimiz Nigar Camal “Xəbərin var?” verlişində qonaq olub. O, Avroviziya 2024 və 2025 haqqında yeni məlumatlar verib. İlk olaraq o nitqinə Avroviziya 2025 təmsilçimizin kimliyi haqqında danışaraq başlayıb:

Asya Alizadə bu il seçimlərdə iştirak etməyib. Bəzi səhifələr Aysel Teymurzadəni paylaşıblar. Mən təmsilçimizin kim olduğunu bilirəm. Amma ki, qoy özləri açıqlasın.

Bildiyimiz kimi, Camal ötən il mahnı seçimlərində və müsabiqənin özündə Azərbaycan jüri heyətinin tərkib hissəsi kimi çıxış edib. İfaçı ötən ilki təcrübəsinə dayanaraq Avroviziya 2024 çıxışımız barəsində şok faktlar paylaşıb.

Səhnə quruluşunu hazırlayan rejissor çox səhlənkar yanaşıb. Komandaya qarşı hörmətsizlik edirdi. Bu il o rejissor olmayacaq. Yaxşı ki, olmayacaq. Çox səhlənkar və özündənrazı aparırdı özünü.

Səhnə şousunun əhəmiyyəti haqqında danışarkən, Nigar Camal, Avroviziyada uğur qazanmaq üçün şounun cəlbedici və maraqlı olmasının vacibliyini vurğulayıb. Bundan sonra ifaçı uğurlu Avroviziya çıxışı üçün öz formulunu bölüşüb:

Uğurlu şou insanı cəlb etməlidir. Maraqla baxmalısan, yenə ona baxmaq istəməlisən. Məsələn, İrlandiyanın səhnə şousu eləbil teatra baxırsan və baxmaq istəyirsən ki sonunda nə olacaq. Bizdə isə ən mənfi tərəfi rejissorun pis olması idi. Maraqlı səhnə olsa, bizimkilər finala keçə bilərdi. Fəxri gərgin idi, İlkin isə rahat idi. Səhnədən əmin olsa, Fəxri də rahat olardı.

Nigar Camal həmçinin müsabiqəyə yenidən qayıtmayacağını bildirib. O deyib ki, müsabiqəyə yenidən qayıtmaq ağılsızlıqdır. O cümlədən, “Loreen öz albomunu reklam etmək üçün qatıldı, amma çox tez də söndü” -deyə fikrini tamamlayıb.

Daha sonra aparıcının müsabiqənin siyasiləşməsi ilə bağlı olan sualına Nigar maraqlı cavab ünvanlayıb. O qeyd edib ki, Rusiyanı uzaqlaşdırmaq bunun nümunəsi ola bilər, bu mahnı müsabiqəsidir, siyasətlə qatmaq düzgün deyil. Əlavə edək ki, 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsindən sonra AYB (EBU) yekdil qərar verərək, ölkənin qurumdan uzaqlaşdırılması və müsabiqədən xaric edilməsi ilə bağlı qərar vermişdi. Sonda vurğulaq ki, axrıncı dəfə Rusiya müsabiqəyə Manizha ilə qatılıb və 8-ci yerə çıxıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Eden Golan Avroviziyaya qayıdır?

Avroviziya 2025 Azərbaycan təmsilçisi bəlli oldu – Mamagama

Rəy bildir