ADONXS adı ilə tanınan Samuel Adrian 13 sentyabr 1995-ci ildə anadan olmuş Slovakiyalı müğənnidir. O, LP və Kanye West kimi məşhurların kliplərində rol alan aktrisa müğənni Radko Pavlovcinovanın qardaşıdır.
ADONXS Myjana şəhərində anadan olsa da, 15 ilini Senica şəhərində keçirir. Samuel kiçik yaşlarında böyük bacısından ilham alaraq rəqsə və musiqiyə maraq göstərir. Bacısının dəstəyi ilə ADONXS, kiçik rəqs qrupuna qoşulur, oxuma dərsləri alır və fortepiano öyrənməyə başlayır. Amma o, yetkinlik dövründə səs dəyişməsi yaşadığı üçün həvəsdən düşür və müğənni olmaq planlarından əl çəkir.
15 yaşında təhsili üçün ailəsindən ayrılaraq Bratislavaya, 17 yaşında Praqaya, daha sonra isə Londona köçür. Bu müddət ərzində o, həm aktyorluq, həm modellik, həm də yenidən musiqi ilə məşğul olmağa başlayır. Universitetə daxil olduqdan sonra pul qazanmaq üçün gey barda barmen olaraq çalışır.
Onun musiqi kariyerası sinif yoldaşı Adrián Čermák ilə 2015-ci ildə qurduğu “PACE” qrupu ilə başlayır. İlk mahnıları isə “Keeper” olur. Qrup dağıldıqdan sonra SuperStar Çexiya-Slovakiya yarışmasına qatılaraq ilk queer qalib olur və hər iki ölkədə məşhurlaşmağa başlayır. Bu məşhurluğu sayəsində Warner ilə müqavilə imzalayır və 24 aprel tarixində “Moving On” adlı ilk solo mahnısını təqdim edir. Mahnı yayımlandığı andan etibarən həm Çexiya, həm də Slovakiya çartlarında birinci yerə yüksəlir. Daha sonra Dua Lipanın “SuperStar Festival” adlanan şousunda səhnə alaraq populyarlığını daha da artırır.
Müğənni 11 dekabrda Çexiya tərəfindən daxili seçimlə seçilərək Avroviziya 2025-ə haqq qazanır. ADONXS yarışmada “Kis Kis Goodbye” adlı mahnı ifa edəcək. Mahnının akustik versiyası 4 fevral, orijinal versiyası isə martda təqdim olunacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






