Norveç milli finalı “Melodi Grand Prix 2025″də iştirak edəcək 9 finalistin adı və mahnılarının isimləri yayımçı kanal NRK tərəfindən bu gün təqdim olundu.
İştirakçılar aşağıdakılardır:
Bobbysocks! – Joyful
Kyle Alessandro – Lighter
Ladybug – Hot as Hell in Paradise
LLL – Parasite
Nataleen – The Game
Nora Jabri – Sulale
Sondrey – Vagabond
Tone Damli – Last Song
Wig Wam – Human Fire
Müsabiqəyə geri dönənlər arasında Norveçin Avroviziya 1985-ci il təmsilçisi Bobbysocks! və ölkənin Avroviziya 2005 təmsilçisi Wig Wam qrupu yer alır. Mahnılar 24 yanvar tarixində yayımlanacaq. “Melodi Grand Prix 2025″in finalı isə 15 fevral tarixində baş tutacaq.
Xatırladaq ki, ölkəni sonuncu dəfə Avroviziya 2025-də Gåte qrupu “Ulveham” adlı mahnı ilə təmsil etmişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






