Bu gün Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalı baş tutacaq- Fahree və İlkin Dövlətov səhnəyə çıxacaq!

Bu gün baş tutacaq ilk yarımfinalda 15 mahnı ifa olunacaq, lakin yalnız 10 mahnı şənbə günü keçiriləcək böyük finala vəsiqə qazanacaq. Şou İsveçin Malmö Arenasından canlı olaraq Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Gecənin aparıcıları Avroviziyanın ulduz aparıcısı Petra Mede və Malin Akermandır.

Azərbaycanın da final uğrunda mübarizə aparacağı birinci yarımfinal gecəsində bu ölkələr yarışacaq;

1 Kipr / Silia Kapsis – Liar

2 Serbiya / TEYA DORA – RAMONDA

3 Litva / Silvester Belt – Luktelk

4  İrlandiya / Bambie Thug – Doomsday Blue

Birləşmiş Krallıq / Olly Alexander – Dizzy

5 Ukrayna / alyona alyona & Jerry Heil – Teresa & Maria

6 Polşa / LUNA – The Tower

7 Xorvatiya / Baby Lasagna – Rim Tim Tagi Dim

8 İslandiya / Hera Björk – Scared of Heights

 Almaniya / ISAAK – Always On The Run

9 Sloveniya / Raiven – Veronika

10 Finlandiya / Windows95man – No Rules!

11 Moldova / Natalia Barbu – In The Middle

İsveç / Marcus & Martinus – Unforgettable

12 Azərbaycan / FAHREE feat. Ilkin Dovlatov – Özünlə Apar

13 Avstraliya / Electric Fields – One Milkali (One Blood)

14 Portuqaliya / iolanda – Grito

15 Lüksemburq / TALI – Fighter

Siyahıda göstərildiyi kimi Azərbaycan təmsilçilərinin çıxış nömrəsi 12 olacaq.

Yarışmaçılarla yanaşı bu yarımfinalda ‘Top 5’ ölkələrindən Birləşmiş Krallıq, Almaniya və ev sahibi İsveç də çıxış edəcək.

Həmçinin bu gecə səhnədə əvvəlki illərin təmsilçiləri olan bəzi Avroviziya ulduzlarını da görəcəyik;

Chanel, Eric Saade, Eleni Foureira.
Onlar 24 rəqqasın müşayiəti ilə birlikdə müsabiqədəki mahnılarını səsləndirəcək.

Mənbə: eurovisionworld.com


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İkinci yarımfinal ölkələrinin ilk məşqi baş tutub

Yarımfinalda Azərbaycana necə səs vermək olar? -BÜTÜN DETALLAR!

Rəy bildir