‘Avroviziya 2024’-ün birinci məşq günü başa çatıb

‘Avroviziya 2024’ün birinci məşq günü 7 ölkənin çıxışını tamamlaması ilə uğurla başa çatıb.

27 aprel şənbə günü keçirilən tam məşq cədvəli mərkəzi Avropa saatı ilə bu şəkildə olub:

  • 10:30 – 11:00 Kipr
  • 11:10 – 11:40 Serbiya
  • 11:50 – 12:20 Litva
  • 12:30 – 13:00 İrlandiya
  • 14:10 – 14:40 Ukrayna
  • 14:50 – 15:20 Polşa
  • 15:30 – 16:00 Xorvatiya

İndi isə gəlin ölkələrin hər birinə ayrı-ayrılıqda nəzər salaq və günün yaddalan məqamları ilə tanış olaq.

İlk olaraq Kipr təmsilçisi səhnəyə çıxıb. Verilən məlumatlara əsasən;
•Səhnədə rekvizit yoxdur;
• Ledlərdə yaşıl və qırmızı rənglərdə qrafiklər var;
• Səhnədə ağ-qara rəngdə paltar geyinmiş dörd oğlan rəqqas var;
• Səhnənin sonunda alovlardan istifadə olunur.

17 yaşlı gənc mügənni səhnəyə hakimiyyəti ilə diqqətləri cəlb etməyi bacarıb.

Daha sonra səhnəyə Teya Dora çıxıb. Serbiyalı təmsilçinin səhnəsi ilk günün ən çox bəyənilən səhnələrindən biri olub;

• Milli finalla bənzər bir səhnə;
• İldırımlı led qrafikləri;
• Böyük qara daş rekviziti;
• Çıxışın sonunda leddə “Ramonda” gülü görünür;
• Səhnədə çoxlu duman effektlərindən istifadə ediləcək.

Serbiyanın məşqindən dərhal sonra səhnəyə Silvester Belt çıxıb. Litvalı ifaçının nömrəsində;

• Milli finala bənzər bir səhnə quruluşu var;
• Səhnədə hər-hansısa bir rekvizit yoxdur;
• Qara kapşonlu və maskalı dörd rəqqas səhnədə müğənni ilə birlikdə rəqs edir;
• Pirotexnika yoxdur.

İrlandiyalı Bambie Thug yənə fərqli obrazı ilə fanatların marağına səbəb olub. Səhnə ilə bağlı ilkin təəsüratlar bu şəkildədir;

• Bambie qara ətəkli və buynuz saçları ilə səhnədədir;
• Müğənnin ətrafında şamlardan çevrə var;
• “At adam” deyə biləcəyimiz balet edən oğlan rəqqas var;
• Mahnının son hissəsində çəmbər yüksəlir və böyük bir işıq şousu baş verir;
• Çıxışın sonunda leddə “COWN THE WITCH” yazısı əksini tapır;

Ukraynalı təmsilçilərin isə;

• Milli finala nəzərən daha yaxşı vokallar var;
• Bu səhnədə də Serbiyanın səhnəsindəki kimi daş rekvizit var. Lakin bir-birindən fərqlənir. Rekvizit ötən il Ermənistanın səhnəsində istifadə olunan rekvizitə bənzəyir;
• Ledlərdə möhtəşəm qrafiklərdən istifadə olunur;
• Hər-hansısa pirotexnikadan istifadə edilmir.

Polşalı təmsilçi Lunanın səhnəsində;

• Səhnədə hərəkət edən nəhəng neon bir şahmat masası rekviziti var;
• Ledlərdə ağ, qırmızı və qara rəngli qrafiklərdən istifadə edilib;
• Üç rəqqas Lunanı müşaiət edir;
• Pirotexnika var.

Bu ilin favoritlərindən olan Xorvatiyanın nömrəsində;

• Milli geyimlər, elementlər və rəqs nömrələri var;
• Ledlərdə neon heyvan təsvirləri (pişik, inək və s.) yer alır;
• Milli finala nəzərən vokal və ledlərdə yaxşılaşmalar müşahidə olunur;
• Effektlərdən istifadə olunub;
• Çıxışın sonunda çox böyük pirotexnikadan istifadə edilir.

Mənbə: EBU/ Eurovision.tv


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

‘Avroviziya 2024’ təmsilçilərimiz müsabiqə üçün xüsusi şou hazırlayıblar. Səhnə klipin davamı olacaq – MÜSAHİBƏ

‘Avroviziya 2024’-ün ikinci məşq günü başa çatıb- Azərbaycan təmsilçiləri səhnədə!

Rəy bildir