Bu gün 12xal Avroviziya bloqu olaraq fəaliyyətimizin 6 illiyini qeyd edirik! 🥳
2018-ci ildən fəaliyyətə başlayan ölkənin ilk Avroviziya bloqu 12xal bu gün sərhədləri aşır və ölkədə, o cümlədən, ölkə hüdudlarından üzvləri ilə birgə “All About Eurovision” deyərək Avroviziya sevərləri bir araya cəmləyir.
1 nəfərlə başlayan bu proyektin günümüzdə 10-dan çox ölkədə yaşayan 30-a yaxın üzvü var. Bəs onlar nə iş görür?
Bloqun təsisçisi Elvin bir müddətdir aktiv şəkildə fəaliyyət göstərməsə də, bu günədək baş verən bir çox layihələrimizdə idea müəllifi, ictimaiyyətlə əlaqələr, həmçinin, incəsənət yönümlü işlərində öz əməyini masaya qoymaqdadır.
Saytımızda müsabiqə ilə bağlı ən son xəbərləri bloqumuzun bir çox üzvlərindən görsəniz də bu işdə əməyi ən böyük olan şəxslər Hüseyn, Müşfiq və Valehdir. Onların iti gözlərindən nəsə qaçırmaq çətin məsələdir. Elə buna görə də ən son xəbərlər onların yazısı ilə oxuyursunuz.
Xəbərlərin keyfiyyətinə nəzarət isə Nicatın əlindədir. Şükürlər olsun, redaktorlarımız ilə Nicatın arası yaxşıdır. Düzdür, səhvləri başa düşsələr də bir daha təkrarlaya bilirlər amma Nicat da bu məqamda çox səbrlidir. Göz dəyməsin. 🧿
Bu xəbərlərin daha çox şəxsin qarşısına çıxmasında Əlinin əməyi də bir ayrıdır. Çünki, sosial media hesablarımızda paylaşımlar onun tərəfindən edilir.
Cəmilə və Lamiyə isə olmasa yəqin hər şey yarımçıq qalardı. Axı qrafik dizaynerlərimizin bizim imicimizdə böyük rolu var.
Kontent yaradıcımız, komandamızın yeni üzvlərindən olan Aydan həm də YouTube kanalımızda yayımlanan videolara nəzarət etməkdədir.
YouTube kanalından söz düşmüşkən, burada çalışan böyük bir komanda var desək yanılmarıq. Xaricdə yaşayan üzvlərimizin iki əsas işindən biri məhz ingilis dilli kontentləri yaratmaqdır ki, burda da başlıca kontent reaksiya videolarıdır. Avropada yaşayan bu üzvmlərimizin əməyinin nəticəsidir ki, kanalımızda hazırda izlənmə sayı 3 milyonun üzərindədir.
Bəs bu videoları redaktə etmədən paylaşsaq necə olardı? Düşünmək belə istəmirik. Çünki Ruslan bu işdə bizə yetərincə kömək olur.
Bildiyiniz kimi videolar təkcə YouTube üçün deyil. Daha əyləncəli videoların yer aldığı bir platforma varsa, bu da TikTok-dur. Bu proqramın mexanizmasını həll etmiş Sabina ən son trendləri Avroviziya ilə birləşdirir.
Komandamızda 2 eyni adlı üzvümüz var ki, onların fəaliyyəti də bir ayrıdır. Bakıda yaşayan Kamran Tağızadə komandamıza yuxarıda adları qeyd olunan və olunmayan şəxslər kimi müsabiqə fanatlarını komandaya cəlb etmək və onlara qayğı göstərməkdir. Tez-tez ölkədə yaşayan və ölkə xaricindən komandamıza qoşulmaq üçün müraciət edən azarkeşlər olur ki, məhz Kamranın qərarı ilə bu məqamlar həll olur.
Bəs digər Kamran? Nəzərov və ya Praqa Kamran deyə ona müraciət etsək də özü adətən KAM deyə səslənməyimizi istəyir. Artıq bir neçə ildir Avroviziyanın baş tutduğu ölkə və milli finallarda bloqumuzu və ölkəmizi təmsil edən üzvümüz. Media menecerimiz kimi müxtəlif ölkələrdən olan mətbuat katibləri ilə əlaqələrdən tutmuş, Avropa Yayım Birliyinə kimi hər bir nümayəndə ilə bloqumuzun arasındaki bağı qorumaqdadır.
Təbiiki hər şey yuxarıda adları qeyd edilmiş şəxslərdən ibarət deyil. Komandamıza yeni qoşulan Sona, o cümlədən “International Team” üzvlərimiz və daha çoxunu siz gələcəkdə yeni proyektlərdə və s. görəcəksiniz ki, bu gün onların, bizim və bizi sevənlərin, dəstək olanların günüdür.
6 ildir bizimlə olduğunuz, ölkədəki ən böyük fan icmasına öz qatqınızı verdiyiniz üçün hər birinizə sonsuz təşəkkür edirik!
Daha gözəl və daha çox 12 xalların olacağı illər adına, şərəfə!🥂
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






