Avroviziya Mahnı Müsabiqəsində prodüserlərin səlahiyyətləri artırıldı.
Belə ki, əvvəlcə ölkələr birinci, ya ikinci yarıda çıxış edəcəklərini müəyyən edə bilirdilər. İndi isə bəzi ölkələrin bu haqqı əlindən alınacaq. Ölkələr uyğun olaraq püşkatma ilə qərar verə biləcək birinci və ya ikinci hissədə çıxış edəcəklərinə, bəzi ölkələrin çıxış edəcəyi hissə isə prodüserlər tərəfindən müəyyən ediləcək. AYB bunu daha maraqlı şou hazırlamaq üçün etdiyini açıqlayıb.
Çoxu isə bu addımın ölkələr arasında ayrıseçkilik yaradacağına inanır. Məlum məsələdir ki, prodüserlər həmişə favorit gördüyü və sevdiyi ölkələri yaxşı çıxış sırası ilə qiymətləndirib. İndi prodüserlərin səlahiyyətlərinin artması bəzi ölkələrin işinin doğrudan çətin olacağını göstərir. Güclü mahnı üçün sıralama önəmli olmasa da, orta mahnıların sıra nömrəsi yekun nəticəyə müəyyən mənada təsir edir.
Builki müsabiqənin prodüseri Christer Björkman dəyişikliyin səbəblərini daha ətraflı belə izah edib:
Hər şey mümkün olan ən yaxşı televiziya şousunu yaratmaq və bütün sənətçilərə parlamaq şansı verməkdən ibarətdir. Bəzən bütün balladalar ilk hissədə olur, bu da finalın sıxıcı olmasına səbəb olur. Biz bunun qarşısını almaq istəyirik.
Mənbə: EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






