“Avroviziya-2024”mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətovun ifa etdiyi “Özünlə apar” mahnısının səhnə quruluşçusu ukraynalı Evgeni Timoxin olacaq.

İctimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Evgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir. 2006-cı ildə onun musiqi klipi Eurovideo Grand Prix müsabiqəsində 1-ci yerə layiq görülüb. 2011-ci ildə onun “LOVE” musiqili videosu 24 saatdan az müddətdə bir milyondan çox baxış yığıb ki, bu da keçmiş SSRİ ölkələri arasında ilk belə göstəricidir.
Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonce, Lady Gaga, Madonna kimi tanınmış ifaçıların prodüsser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib.

Evgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan “Maska” şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub.
Mənbə: EBU/ Eurovision.tv, İctimai TV.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






