Ən ədalətli ölkələr hansı ölkələrdir?

Artıq əfsanəyə çevrilmiş Avroviziya müsabiqəsinin ən maraqlı məqamlarından biri də səsvermədir. Müsabiqədə səs verən ölkələrin münsif və tamaşaçı səsverməsi nəticəsində cari ilin qalibi müəyyən edilir.

Sözsüzdür ki, xal verən ölkələrin xalları arasında həmişə ziddiyyət olur. Xallara bir sıra amillər təsir edir. Bu amillərdən biri də siyasətdir. Siyasi və qonşuluq amilləri bəzi ölkələrin nəticəsinə azca təsir etdiyi halda, bəzi ölkələrin səsverməsində mühüm rol oynayır. İndi isə gəlin görək Avroviziyada ən doğru qərar verən ölkələr hansılardır?

2014-cü ildən bu günə qədərki müsabiqə finalında 12 xalını məhz qalib ölkəyə verən münsiflər sırasında liderliyi 3 ölkə birlikdə daşıyır:

5 dəfə: İsrail, Latviya, Sloveniya;

4 dəfə: Birləşmiş Krallıq, Finlandiya, Litva, Polşa;

3 dəfə: Fransa, Niderland, Moldova, Danimarka, İspaniya, Gürcüstan, İsveç, San Marino, İsveçrə.

Azərbaycandan olan münsiflər isə bu illər ərzində təəssüf ki, qalibi seçməkdə çətinlik çəkib. Ölkəmiz hər il yuxarı xallarını siyasi, dini və tarixi baxımdan əlaqələri yaxın olan ölkələrə verib. Türkiyə, Gürcüstan və Rusiyanı buna misal göstərmək olar. Bu barədə ətraflı məlumatı aşağıdakı paylaşımdan öyrənə bilərsiniz:

2014, 2015 və 2018-ci illərdə qalibə ən az xal verən, o cümlədən, 2019-cu və 2021-ci ilin qalibinə heç səs verməyən yerli münsiflərimiz deyə bilərik ki, uğursuz qərarlar vermişdirlər.

Bir çox ölkələrin sesvermə fəaliyyəti sadəcə bununla yekunlaşmır. Təəssüflər olsun ki, bəzi ölkələr dəfələrlə blok səsvermədə və sünii xal artımında ittiham edilmişdir. Bu problemlər AYB-ni ölçü götürməyə məcbur etmişdir. 2022-ci il yarımfinallarından İsveçrə və Azərbaycanın xalqdan səs almayaraq, münsiflərin hesabına finala keçməsindən sonra qurum yarımfinallardan münsif xallarını yığışdırmış və 100% tamaşaçı sistemini tədbiq etmişdir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Yarımfinallarda çıxış sıralaması bəlli olub

Avroviziya 2024 “Spotify”da

Rəy bildir