Serbiyanı Avroviziya 2024-də Teya Dora təmsil edəcək

Teya Dora ‘Ramonda’ mahnısı ilə ‘Pesma za Evroviziju’ qalibi olaraq Serbiyanı 68-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Ölkəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turu olan olan ‘Pesma za Evroviziju’  2024-də 16 müğənni yarışıb.

Gecənin sonunda ‘Ramonda‘ mahnısı Teya Doranın heyranedici ifası sayəsində qalib olub.

‘Ramonda’ münsiflər heyətinin səsindən maksimum, yəni 12, xalq səsverməsindən isə 10 xal alıb.

Teya Dora daha çox TikTok sosial media platformasında və müxtəlif musiqi platformalarında populyarlıq qazanan ‘Džanum’ adlı sinqlı ilə tanınır.

Mənbə: EBU/ Eurovision.tv


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avstriya Avroviziya səhnəsində “We Will Rave” ilə çıxış edəcək

Avstraliyanı Avroviziya 2024-də Electric Fields təmsil edəcək

Rəy bildir