Baby Lasagna Xorvatiyanın milli seçim turunda qalib olaraq ölkəni “Rim tim tagi dim” mahnısı ilə Avroviziya 2024-də təmsil edəcək.
Xorvatiyanın Dora 2024 milli finalında qərar telesəsvermə (50%), beynəlxalq münsiflər heyəti (25%) və Xorvatiya münsiflər heyəti (25%) arasında müəyyən edilib və bütün səslər hesablandıqdan sonra Baby Lasagna “Rim tim tagi dim” mahnısı ilə qalib elan edilib.
Marko Purišić (səhnə adı: Baby Lasagna) 28 yaşlı xorvat müğənni və bəstəkardır. O, Xorvatiyanın Manntra rok qrupunda iştirakı ilə ölkədə tanınıb. 2019-cu ildə qrupla birlikdə Dora-ya qoşularaq dördüncü yeri tutublar.
Mənbə: eurovisionworld.com/ EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






