AYB İsraili Avroviziyadan uzaqlaşdırmağı düşünür

İsrailin yerli xəbər kanalı YNET, Avropa Yayım Birliyinin İsraili siyasi motivli mahnı göndərməsi səbəbilə diskalifikasiya edəcəyini bildirib. Mahnı ‘October Rain’ adlanır və İsaildə baş vermiş siyasi proseslərdən bəhs etdiyi bildirilir.

Ynet xəbər portalının verdiyi məlumata görə KAN nəyin bahasına olursa olsun, mahnını dəyişdirməməkdə israr edir. Hal-hazırda AYB (Avropa Yayım Birliyi) ilə KAN arasında danışıqlar aparılır. Qeyd edək ki, AYB hələki rəsmi açıqlama etməyib.

İsrail xarici işlər naziri İsarel Katz bildirib:

‘Bizim yaşadığımız hadisələr haqqında mahnı oxumaq hüququmuz var.’

Növbəti günlərdə İsrailin Avroviziya 2024-də iştirakına aydınlıq gələcək.

Mənbə: ynet.co.il


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Çağırır Malmö: ‘Eurovision Village’, ‘Eurovision Street’ və ‘Euroclub’ təfərrüatları açıqlanıb

San Marinonu Avroviziya 2024-də Megara təmsil edəcək

Rəy bildir