Litvanı Avroviziya 2024-də Silvester Belt “Luktelk” mahnısı ilə təmsil edəcək belə ki, təmsilçi adına Eurovizija.LT-nin altı gecəsindən sonra aydınlıq gəlib.
Superfinalda 16,688 səslə xalqın qalibi olmağı bacaran Silvester yarışmanın digər favoriti olan və ölkəni Avroviziyada iki dəfə təmsil etmiş The Roop qrupundan 3 dəfə (təxminən) çox səs toplamağı bacarıb.
12 xal ilə olan müsahibəsində Silvester Beltə ünvanlanan ‘Avroviziya səhnəsində performansınızda hər hansı bir dəyişiklik olacaq mı yoxsa Milli finaldakı performans olduğu kimi qalacaq ?’ sualına müğənni belə cavab verib:
‘Bu hazırda dünündüyüm bir şey deyil. Məncə biz Malmö səhnəsini görməliyik yalnız bundan sonra performansı tamamilə dəyişməli, yaxud detallarda kiçik dəyişiklik etməli olacağımız barədə qərar verəcəyik’
Müğənni həmçinin mahnısının ingilis dilində deyil yerli dildə olması ilə bağlı suala belə cavab verib:
‘Məncə biz kifayət qədər ingilis dilində mahnı eşitmişik. Avroviziya fanatları Litva mədəniyyətini öyrənməyə və bu dildə mahnı eşitməyə hazırdır. Digər ölkələrdən olan insanların bizim dili sevdiyini bilirəm və buna görə də Litvanın müxtəlif rənglərini göstərmək və yaymaq istəyirəm’
Mənbə: EBU/ Eurovision.tv
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






