Lüksemburqu Avroviziya 2024-də Tali təmsil edəcək

Lüksemburq 31 ildən sonra ilk dəfə Avroviziyada iştirak edəcək və Tali ” Fighter ” mahnısı ilə ölkəsi adına yarışacaq.

Gəlin birlikdə Lüksemburqun geri dönüş hekayəsinə nəzər salaq.

12 may 2023-cü il tarixində Lüksemburqun RTL yayım şirkəti Avroviziya 2024 Mahnı Müsabiqəsində iştirak etmək niyyətlərini rəsmi olaraq elan edir və bu, ölkənin 31 il sonra müsabiqəyə qatılmaq üçün ilk təklifi olur. RTL öz təmsilçisini seçmək üçün səkkiz iştirakçı ilə “Luxembourg Song Contest” adlı millli finalını təşkil edir.

Final 27 yanvar 2024-cü ildə keçirilərək iki hissəyə ayrılır. Hər iki turda münsif və xalq səsverməsinə eyni haqla səsvermə imkanı yaradılır. Finaldan isə ilk üçlük superfinala yüksələrək ölkəni təmsil etməyə bir addım daha yaxınlaşır.

Superfinala vəsiqə qazananlardan biri olan Tali münsiflər heyətindən 94 xal və xalq səsverməsindən 88 xal qazanaraq 182 xal ilə yarışmanın qalibi olur. Qələbə nəticəsində Tali Lüksemburqu 2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanır.

Mənbə: Eurovisionworld.com / EBU/Eurovision.tv


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Latviyanı Avroviziya 2024-də Dons təmsil edəcək

Maltanı Avroviziya 2024-də Sarah Bonnici təmsil edəcək

Rəy bildir