Finlandiyanı Avroviziya 2024-də Windows95man təmsil edəcək

Hər şey Teemu Keisterinin ev videolarını YouTube-da paylaşmağı ilə başlayır. Videolardan biri hətta NHL oyunu zamanı yayımlanan reklam çarxında yer alır. 2013-cü ildə Flow Festivalında DJ konserti verərək Windows95man personajı canlandırır. Onun sənətçi kostyumu Keisterinin dostu tərəfindən tikilmiş bir cüt kəsilmiş şortdan və onlayn sifariş edilən Windows95 köynəyindən ibarətdir. O vaxtdan bəri, Windows95man çoxsaylı kiçik tədbirlərdə iştirak etməklə yanaşı 2022-ci ildə Helsinki Yeni İl şənliyində Käärijä üçün açılış aktı kimi səhnə almışdır.

Windows95man “No Rules” mahnısını ilk dəfə UMK-də təqdim edir . Mahnının adı sənətçinin həm musiqisində, həm də digər bədii əsərlərində görünən şüarına istinad edir. Keisteri izah edir ki, mahnının nəqəratı o qədər çətin idi ki, onun üçün kifayət qədər texniki bacarığı olan müğənni tapmaqda çətinlik çəkirdi. Henri Piispanen bu mahnı üçün səsi kifayət qədər yüksək olan yeganə müğənni idi.

Keisteri belə qeyd edib: “Mənim fikrimcə, bütün finlər bir az çılğın melodiyalara üstünlük verir və mən bunu daha çox ortaya çıxarmaq istədim. İndi musiqimi daha böyük auditoriya ilə paylaşa, həmçinin No Rules mahnısının sevincli mesajını yaya bilərəm”.

Mənbə: EBU/Eurovision.tv


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Çexiyanı Avroviziya 2024-də Aiko təmsil edəcək

Fransanı Avroviziya 2024-də Slimane təmsil edəcək

Rəy bildir