Avstriyanı Avroviziya 2024-də Kaleen təmsil edəcək

Kaleen yeriməyi öyrəndiyi andan televizorda musiqili şoulara baxaraq evdə qonaq otağında rəqs etməyə başlayır. Daha sonra balet dərsləri alaraq tez bir zamanda repertuarını kommersiya, caz, modern və latın janrlarını daxil edərək genişləndirir. Yeddi yaşında ilk ölkə çempionluğunu qazanan Kaleen 100-dən çox ölkə və Avropa çempionatlarının və beş dünya çempionatının birincisi olmuşdur.

2021-ci ildə İspaniya və Bolqarıstan üçün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin kreativ direktoru, 2022-ci ildə isə İspaniya üçün səhnə rejissoru olub. Bundan başqa Avstriya, Ermənistan, Almaniya və Gürcüstanın liverpulda keçirilən Avroviziya Mahnı Müsabiqəsində səhnə çıxışlarının ərsəyə gəlməsində iştirak edən Kaleen indi diqqəti öz üzərinə çəkərək Avstriyanı 68-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Mənbə: EBU/Eurovision.tv


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Albaniyanı Avroviziya 2024-də Besa təmsil edəcək

Çexiyanı Avroviziya 2024-də Aiko təmsil edəcək

Rəy bildir