Danışır Mila Miles – Avroviziya 2024 Azərbaycan

“Danışır Bakı” devizi ilə insanları televiziya qarşısına toplayan Azərbaycan televiziyası kimi, biz də potensial Avroviziya təmsilçilərimizlə sizi daha yaxın etmək üçün gəlirik. Bu dəfə sizinlə danışan öz fərqli səsi ilə könülləri oxşayan Mila Milesdir. Çox güman ki, Mila Milesi tanımayan Avroviziya pərəstişkarı yoxdur. İfaçı 2020-2021-ci illər ərzində Avroviziya komandamızın tərkibində vokal məşqçisi olaraq fəaliyyət göstərib. Bu il isə o artıq təmsilçi olmaq iddiasındadır. 12xal olaraq, Milaya 12 sual ünvanladıq. Ünvanladıq ki, onun haqqında maraqlı faktları sizə çatdıraq.

İfaçı hələ çox kiçikkən, 5 yaşından etibarən pianoda çalmağı öyrənmiş, daha sonra isə musiqi məktəbindəki xorun tərkibində ifaçılıqla məşğul olmağa başlamışdır.

2020-ci ildə “ELEMENT” adlı ilk albomunu təqdim etmişdir. Bundan əlavə, o məşhur bəstəkar və hazırki məqamda tərəf müqabili Etibar Əsədli ilə birgə bir neçə xalq mahnısına yenidən nəfəs vermişdir.

Milanın heyvanlara qarşı böyük bir sevgisi var. Onun Kuskus və Persik adında iki pişiyi var.

Əvvəl də qeyd etdiyimiz kimi Mila üçün Avroviziya yad deyil. O müsabiqədə ən çox sevdiyi Azərbaycan mahnılarının “Hold Me” və “Cleopatra” olduğunu qeyd edib. İfaçımız bizim “Seçilsəniz ilk kimə zəng vuracaqsınız?” sualımıza çox lakonik və özünəməxsus cavab verib “Heç kimə!”. Yanlış anlamayın, o sadəcə deyir ki: “Sevdiklərim həmişə yanımdadır”. Biz də Milaya həmişə sevdikləri ilə birgə xoşbəxt olmağı arzulayırıq!

Milanın dediyinə görə onun ən sevimli bayramı yeni ildir ki, bayramların ən gözəl tərəfi yeməklərdir deyərəkdən ən sevdiyiniz yemək hansıdır sualına o, “kabab” cavabını verir… Hətta arzulayır ki, kaş yemək yeyib kökəlməmək kimi bir supergücə sahib olsun.

“Milam, Mi, Mimiş, Milaş” bəli, səhv görmürsünüz, siz ona bu şəkildə xitab etsəniz, yəqin ki, sizə “can” deyəcək. Çünki bunlar onun ən sevdiyi xitab formalarıdır.

Təsəvvür edin ki, bir mikrofon var ona danışanda bütün dünya sizi eşidəcək. İnsanlara nə deyərdiniz? – siz cavabı fikirləşənə qədər gəlin Milanın cavabına nəzər yetirək: “Bu mənim üçün çox çətin sualdır, çox şey demək olar, amma sizi eşidəcəklərmi?!?!” 

Miladan qorxu filmində hansı personaj olduğunu soruşanda, o bildirdi ki, məndən yaxşı xəfiyyə olar. Bu səbəbdən də, Mila ilə bağlı düzgün olmayan rəy bildirəndə iki dəfə fikirləşin, bəlkə də, gələcəkdə sizi quldurların əlindən xilas etdi?

Sonda Mi sizi də düşünüb. Vaxtınızı səmərəli keçirmək üçün ondan mahnı, kitab və musiqi tövsiyyəsi aldıq:

Mahnı: Kimbra – Top of the World
Kitab: Astrophysics for People in a Hurry – Neil deGrasse Tyson
Film: Mother! (2017)

Nəzərə çatdıraq ki, Mila Miles Avroviziya yolunda tək deyil. Ona öz musiqisi ilə Etibar Əsədli, milli çalarları özündə əks etdirən səsi ilə də İlkin Dövlətöv müşaiət edir. Onlar və digər 5 namizəd haqqında məlumatları isə gələn dəfəki yazımızda sizə təqdim edəcəyik. İndilik isə, xudafiz!


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Azərbaycan musiqi sənayesinə dəstək – Avroviziya nümayəndəlikləri Bakıya gəlir

Danışır İlkin Dövlətov – Avroviziya 2024 Azərbaycan

Rəy bildir