AZƏRBAYCAN UŞAQ AVROVİZİYA 2023-DƏ İŞTİRAK ETMƏYƏCƏK

Azərbaycan bu ilin noyabr ayında Fransanın Nitsa şəhərində keçiriləcək sayca 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

Bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov Eurofestivales-ə verdiyi müsahibəsində söyləyib. Açıqlamada nümayəndə heyətinin rəhbəri imtinanın səbəbini açıqlamayıb.

Azərbaycan ötən il Ermənistanda keçirilən 20-ci Uşaq Avroviziya mahnı müsabiqəsində də iştirakdan imtina etmişdi. Ölkəmiz son dəfə 2021-ci ildə Fransanın paytaxtı Parisdə baş tutan müsabiqəyə qatılmış və müsabiqəni beşinci sırada tamamlamışdı.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

STİG KARLSSEN: NORVEÇ AYB-YƏ YENİ SƏSVERMƏ SİSTEMİ TƏKLİF EDƏCƏK

İsveçrə Avroviziya 2024 üçün iştirakını təsdiqlədi

Rəy bildir