SABAH AVROVİZİYA 2023 ÜÇÜN PÜŞKATMA MƏRASİMİ BAŞ TUTACAQ

Sabah sayca 67-ci Avroviziya mahnı müsabiqəsinin yarımfinal bölgüsü üçün püşkatma mərasimi baş tutacaq.

Mərasim, İngiltərənin Liverpul şəhərində yerləşən St. George konsert salonunda keçiriləcək.

Bundan başqa sabah ev sahibliyi təslim mərasimi də ənənəyə sadiq qalaraq baş tutacaq. Mərasimdə Liverpul meri Joanne Anderson və Turin meri Stefano Lo Russo yer alacaq.

Püşkatma mərasimi Ryan və AJ Odudu’nun aparıcılığı ilə baş tutacaq.

Püşkatma torbalarında ölkələr də artıq bəllidir;

Torba – 1

  • Albaniya;
  • Avstriya;
  • İsveçrə;
  • Xorvatiya;
  • Serbiya;
  • Sloveniya;

Torba – 2

  • Danimarka;
  • Avstraliya;
  • Finlandiya;
  • İslandiya;
  • Norveç;
  • İsveç;
  • Estoniya;

Torba – 3

  • Ermənistan;
  • Azərbaycan;
  • Gürcüstan;
  • İsrail;
  • Latviya;
  • Litva;

Torba – 4

  • Kipr;
  • Yunanıstan;
  • İrlandiya;
  • Malta;
  • Portuqaliya;
  • San Marino;

Torba – 5

  • Belçika;
  • Çexiya;
  • Niderland;
  • Moldova;
  • Polşa;
  • Rumıniya;

Torba – 6

  • Fransa;
  • İtaliya;
  • Almaniya;
  • İspaniya;
  • Birləşmiş Krallıq;
  • Ukrayna;

Mərasim sabah Bakı vaxtı ilə 23:00-da Avroviziyanın rəsmi Youtube kanalında canlı yayımlanacaq və yarım saat çəkəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

AISEL TEZLİKLƏ YENİ ALBOMUNU TƏQDİM EDƏCƏK

RAUF KINGSLEY: BİZƏ ARTİSTİK TƏCAZVÜZ EDİLİR (AVROVİZİYA SEÇİMLƏRİNDƏN DANIŞDI)