İCTİMAİ TV: MAHNI VƏ ARTİST QƏBULU ÜÇÜN VAXT UZADILDI!

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.

Seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərməlidirlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır.

Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

FİNLANDİYA YAYIMÇI KANALI BİR SIRA “UMK 2023” İŞTİRAKÇILARI HAQQINDA İPUCULAR VERİB

BELÇİKA MİLLİ FİNALI “EUROSONG 2023” MAHNILARI BƏLLİ OLDU