Dünən axşam Yerevanda baş tutan sayca 20-ci Uşaq Avroviziya mahnı müsabiqəsinin Avropa ölkələri üzrə izlənmə sayları bəlli olub:
• Polşa kanalı TVP, müsabiqəni ümumillikdə 2.1 milyon şəxsin izlədiyini açıqlayıb. Bu kanalın ümumi izləyicilərinin 15.1%-ni təşkil edir.
Bu Polşa kanalın son illərdəki ən aşağı göstəricisidir. Qeyd edək ki, 2021 Uşaq Avroviziyanı Polşada 4.9 milyon şəxs izləmişdi.
• İrlandiyada müsabiqəni 15.300-dən çox insan izləyib. Bu keçən illə müqayisədə təxminən 7000 nəfərin azalması ilə nəticələnib.
• Portuqaliya kanalı RTP, 2019-cu ildən bəri ən yüksək izlənmə sayını dünən axşam əldə edib. Müsabiqəni ümumillikdə 319.400 nəfər insan izləyib. Bu rəqəm 2019-dan sonra təxminən 31.000 nəfərin artımı ilə nəticələnib.
• Böyük Britaniya yayımçı kanalı BBC, dünən 700.000-dən çox nəfərin müsabiqəni izlədiyini açıqlayıb. Lakin müsabiqə dünən kanalın yayımladığı və ən çox izlənən 20 proqramı arasına təəssüf ki, daxil ola bilməyib.
• Müsabiqədə iştirak etməyən, lakin yayımlayan Almaniya kanalı Kika TV, müsabiqəni dünən axşam 175.000-dən az şəxsin izlədiyini açıqlayıb. Bu keçən il ilə müqayisədə 60.000 nəfərin azalması deməkdir.
• İtaliya yayımçı kanalı RAI 1, ilk dəfə müsabiqəni yayımladığı üçün izlənmə rekordu qırılıb. Belə ki, dünən axşam İtaliyada müsabiqəni 1.5 milyondan artıq şəxs izləyib.
• Niderland kanalı NPO3, dünən müsabiqəni 279.000 şəxsin izlədiyini açıqlayıb. Bu keçən il ilə müqayisədə 40% artım olduğunu göstərir.
• İspaniya yayımçı kanalı RTVE, 2019-dan sonra ən yüksək izlənməsini dünən axşam əldə edib. Kanaldan verilən məlumata görə, müsabiqəni dünən axşam ümumillikdə 1.183 milyon şəxs izləyib. Bu isə 272.000 şəxsin artımı deməkdir.
• Ən son olaraq isə Fransa kanalı France 2-də dünən axşam müsabiqəni 1.8 milyondan çox şəxs izləyib. Bu isə 2019-cu il ilə müqayisədə nisbətən aşağı göstərici olub.
Qeyd edək ki, müsabiqəni 203 xal toplayaraq, Fransa təmsilçisi Lissandro qazanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






