UŞAQ AVROVİZİYADA 16 ÖLKƏ İŞTİRAK EDƏCƏK – AZƏRBAYCAN QATILMAYACAQ!

Dekabrda baş tutacaq sayca 20-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsinə Azərbaycanın qatılıb-qatılmayacağı bu gün bəlli olub.

Bu gün günorta saatlarında Uşaq Avroviziyanın rəsmi Youtube hesabı müsabiqəyə qatılacaq 16 ölkənin adını açıqladı. Beləliklə, Azərbaycan İrəvanda baş tutacaq Uşaq Avroviziya 2022 mahnı müsabiqəsinə qatılmayacaq.

Uşaq Avroviziya 2022-də ümumillikdə 16 ölkə qalibiyyət uğrunda mübarizə aparacaq. Azərbaycandan başqa Almaniya və Bolqarıstan da müsabiqədən geri çəkiliblər. Rusiya isə qadağa səbəbi ilə müsabiqəyə qatıla bilməyib.

Müsabiqə 11 dekabr tarixində “Spin The Magic” sloqanı adı altında İrəvanda keçiriləcək.

Bu günə qədər isə artıq 3 ölkə (Polşa, Ukrayna, Niderland) mahnılarını təqdim ediblər.

Qeyd edək ki, ölkəmizi keçən ilki müsabiqədə Sona Əzizova “One Of Those Days” adlı mahnısı ilə təmsil etmiş və Azərbaycana ən yüksək dərəcəsini (5-cilik) gətirmişdi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

POLŞA UŞAQ AVROVİZİYA 2022 TƏMSİLÇİSİNİ BU GÜN SEÇƏCƏK

AZƏRBAYCANIN UŞAQ AVROVİZİYASINDAN İMTİNA SƏBƏBİ BƏLLİ OLDU