GREEN ROOM-LA BAĞLI TƏFƏRRÜATLAR YAYIMLANIB

Avroviziya 2022 səhnə dizayneri Francesca Montinaro “Green Room” haqqında ətraflı məlumat yayıb.

Dizayner bildirib ki, builki Avroviziya Mahnı Müsabiqəsi üçün “Green Room” dizaynında ilhamının yaşıl bağ olduğunu açıqlayıb. Təbiətlə əlaqə qurmaqla yanaşı, ev bitkiləri və italyan bağları dizayn üçün əsas ilham mənbəyi olub.

Builki səhnə dizaynının arxasında duran konsepsiya simvolik günəşin hərəkətlərinə və işığına əsaslanan “ The Sun Within”-dir. “Green Room” da bir tərəfdən sulu bir bağı simvolizə edir.

Francesca Montinaro daha sonra sözlərinə əlavə etdi:

“Biz təbiətin bir hissəsiyik və təbiət bizim bir parçamızdır. “Green Room”-u dizayn edərkən bunu heç vaxt unutmadıq”.

Green Room keçən ilki müsabiqədə olduğu kimi səhnənin qarşısında yerləşəcək. Green Room ilə əsas səhnə arasındakı su insanlara parkdakı fəvvarələri xatırladacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

AVROVİZİYA 2022 PROQRAM PLANI AÇIQLANDI

MONAKO AVROVİZİYAYA QAYIDIR?