ELL & NIKKI DUETİNDƏN YENİ MAHNI

“Running Scared” ifaçıları, Nigar və Eldar duetindən 10 il sonra yeni ifa təqdim olunub.

“Avroviziya 2011” qalibləri Nigar Camal və Eldar Qasımov 10 ildən sonra yeni duet təqdim ediblər. Onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət “10 il sonra” adlı yeni parça hazırlayıblar.

Müğənnilər Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının vaxtilə hit olmuş mahnılarını yeni aranjımanda ifa ediblər.

Mahnı üçün kamera qarşısına keçən duet ortaqları iki gün ərzində müxtəlif obrazları canlandırıblar. Eko Ağalarovun ekranlaşdırdığı klipin bəzi səhnələrində Nigar Camal Merilin Monro, Eldar Qasımov isə Elvis Preslini oynayıb. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də yer alıb.

Qeyd edək ki, mahnı sənətçilərin rəsmi səhifələrində və bütün rəqəmsal platformalarda təqdim olunub.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

JON OLA SAND AVROVİZİYA 2012 VƏ HÖKUMƏT İLƏ ƏMƏKDAŞLIQ HAQQINDA DANIŞIB

AZƏRBAYCAN POP JANRINDA MAHNI İLƏ TƏMSİL OLUNACAQ