İSRAİL: SƏSVERMƏ BAŞLADI

Eden Alene “Avroviziya 2021” üçün mahnı seçiminin final mərhələsinə çatır! Artıq bir həftə sonra İsrail adına yarışacaq mahnı bəlli olacaq.

Daha öncə Dekabr ayında doqquz mahnının demo-versiyaları təqdim edilmişdi. Xalq səsverməsinin nəticəsi olaraq, üçü finala vəsiqə qazanmışdı.

Finalı televiziyada yayımlanacaq “Hashir Shelanu L’Eurovizion” adlı milli seçim turunda Edən’in ifasında səslənəcək üç mahnılar bunlardır:

  1. La La Love;
  2. Set Me Free;
  3. Ue La La.

Və artıq bu gün ölkənin yayımçı kanalı hər üç mahnı üçün rəsmi klipləri təqdim etdi! Bununla yanaşı səsverməyə start verildi.

100% xalq səsverməsi ilə seçiləcək mahnı, bir həftə sonra, ayın 25-i bəlli olacaq.

Mənbə: KAN


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

XORVATİYA: İFAÇILARIN SƏHNƏYƏ ÇIXIŞ NÖMRƏLƏRİ BƏLLİ OLDU

NORVEÇ: “MGP 2021” QAYDALARINDA DƏYİŞİKLİK EDİLİB