Efendi Emiliyanı “Avroviziya 2027”yə hazırlayır!

“Avroviziya 2020” və “Avroviziya 2021”də Azərbaycanı təmsil edən Samirə Efendinin “Səs Azərbaycan”ın qalibi Emiliya Yaqubova üçün “Avroviziya 2027”yə mahnı hazırladığı və seçimlərə təqdim etdiyi bildirilir.

Məlumata görə, “Mango” adlanan mahnının müəllifi Efendidir. İddialara əsasən, Emiliyanın səhnə performansı və xoreoqrafiyası da daxil olmaqla, bütün hazırlıq prosesi də ona həvalə olunub. Azərbaycan nümayəndə heyətinin bu təklifi müsbət qiymətləndirdiyi qeyd edilir.

Emiliya Yaqubovanın “Avroviziya 2027”də Azərbaycanı təmsil edib-etməyəcəyinə İctimai Televiziya qərar verəcək. Sözügedən məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Mənbə: SKNDL MAG


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

İlk “Avroviziya Asiya” müsabiqəsi sabah baş tutacaq: Nələri bilirik?

Rəy bildir