Uşaq Avroviziya 2023 loqotipi və iştirakçı ölkə sayı bəlli oldu

Bu ilin 26 noyabr tarixində baş tutacaq 21-ci Uşaq Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək ölkələrin adları məlum olub. Ümumilikdə 16 ölkənin qələbə uğrunda mübarizə aparacağı müsabiqənin iştirakçıları bu şəkildədir:

🇦🇱 Albaniya (RTSH)
🇦🇲 Ermənistan (AMPTV)
🇪🇪 Estoniya (ERR)
 🇫🇷 Fransa (France Télévisions)
🇬🇪 Gürcüstan (GPB)
🇩🇪 Almaniya (NDR)
🇮🇪 İrlandiya (TG4)
🇮🇹 İtaliya (Rai)
🇲🇹 Malta (PBS)
🇳🇱 Niderland (AVROTROS)
🇲🇰 Şimali Makedoniya (MKRTV)
🇵🇱 Polşa (TVP)
🇵🇹 Portuqaliya (RTP)
🇪🇸 İspaniya (RTVE)
🇬🇧 Birləşmiş Krallıq (BBC)
🇺🇦 Ukrayna (UA:PBC)

Yuxarıda qeyd etdiyimiz kimi iştirakçı ölkələrlə yanaşı müsabiqənin rəsmi loqotipi də məlum olub.

Qeyd edək ki, Azərbaycan artıq ardıcıl iki ildir ki, müsabiqədə iştirakdan imtina edir. İctimai Televiziya və Radio Yayımları şirkəti müsabiqədə iştirak etməyəcəyini hələ bir neçə həftə öncədən açıqlamışdı.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Ukrayna Avroviziya 2024-də iştirakını təsdiqlədi – “Vidbir 2024″də dəyişikliklər olacaq

İctimai Televiziya: 18 il bizimlə

Rəy bildir