Nigar Camal builki Avroviziya mahnımız haqqında: “Heç nə demək istəmirəm…”

Ölkəmizin “Avroviziya 2011” təmsilçisi və qalibi Nigar Camal yenidən Avroviziya haqqında danışıb.

Xəzər televiziyasında yayımlanan “İncəsəhər” verilişində danışan müğənni bu ilki Avroviziya mahnımız haqqında fikirlərini bölüşüb:

Bu ilki Avroviziya mahnımız haqqında heç nə demək istəmirəm….Çünki istəyirəm ki, JIVA getsin ölkəmizi orada layiqincə təmsil etsin. Ona əlbəttə ki, uğurlar arzulayırıq.

Ancaq artıq Avroviziya dəyişib. Trendlər, formatlar və s. dəyişib. Bax deyirlər ki, gözəl səsi var. Biz ona nəsə demirik. Ancaq Avroviziya elə bir platformadır ki, orada biz nə qədər güclü səs göndərsək də bizdən yaxşı səslər hökmən olacaq. Əsas yaxşı mahnı olmalıdır. Avropada yaşayan ya da oranın dilini, düşüncəsini bilən biri mahnılarımızı yazmalıdır.

Məsələn mən baxan kimi mahnının sözlərinə bildim ki, mahnını bizimkilər yazıb. Başqa da nəsə demək istəmirəm”

Nigar Camal Azərbaycan adından Avroviziyada görmək istədiyi müğənnilərdən də danışıb:

Əgər biz rock göndərəcəyiksə düşünürəm Sabina Beyli buna çox uyğun bir artistdir. Rep göndərəcəyiksə Alizadeni mən Avroviziyada görmək istəyərəm. Çox dinamik qadındır və Avropaya da tərzi çox uyğundur. Daha sonra Nərmin Kərimbəyovanı da təmsilçi kimi görmək istəyərəm.

Nigar Camalın fikirinə isə studiyada olan bir digər qonaq müğənni Samir Priyev də qatılıb.

Qeyd edək ki, bir neçə gündür “Avroviziya 2026” mahnımızla bağlı məşhurlardan açıqlamalar gəlməkdə davam edir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Just Go” peşəkarlar tərəfindən hazırlanmış orjinal musiqi əsəridir” – İTV-dən açıqlama gəldi

Tanış Ol – Simón

Rəy bildir