Avroviziya 2025-də yeniliklər olacaq – ArenaPlus, Maskot və daha çoxu gəlir

İsveçrə yayımçı kanalı SRG SSR, 20 yanvarda keçirilən xüsusi mətbuat konfransında Avroviziya 2025-lə bağlı yeni detalları açıqlayıb.

Belə ki, bu ilki müsabiqə ötən ilki müsabiqələrdən bir sıra yenilikləri ilə fərqlənəcək. Avroviziya mahnı müsabiqəsinin 30 il sonra ilk dəfə maskotu olacaq.

Avroviziya 2025-in layihələr üzrə işlər rəhbərləri Henriette Engbersen və Diana Segantini, 2025-ci il Avroviziya mahnı müsabiqəsi daxilində on layihə üzərində işlədiklərini açıqlayıblar.

Üzərində çalışdıqları layihələrdən biri də yanvar ayının sonuna qədər 1000-dən artıq tələbənin təkliflərini edə biləcəyi bir Avroviziya maskotudur. Avroviziyada ilk dəfə maskot kimi 1990-cı ildə “Eurocat” adlı bir pişik maskotundan istifadə edilmişdi.

Bundan başqa Avroviziya 2025 üçün gətirilən bir digər yenilik isə 36 min Avroviziya azarkeşinin müsabiqəni canlı olaraq izləyə biləcəyi bir arenanın təşkili olacaq.

Sözügedən arena, Avroviziya 2025-in baş tutacağı arenanın yanında yerləşən St.Jakop Park-dır ki, bu arena Avroviziya üçün ArenaPlus adlanacaq.

ArenaPlus-da azarkeşlər canlı olaraq müsabiqənin üç böyük şousunu, iri led ekranlarda izləmək şansı əldə edəcəklər.

İsveçrənin finaldakı 12 xalı da bu arenadan açıqlanacaq.

Bundan başqa ArenaPlus-un bir parçası olaraq azarkeşlər üçün 90 dəqiqəlik bir ön performans hazırlanacaq. Səhnədə çıxış edəcək ilk üç müğənni aşağıdakılardır:

  • Baby Lasagna  – Xorvatiya 2024
  • Anna Rossinelli – Avroviziya 2011
  • DJ Antoine – İsveçrəçi DJ

Arenanın aparıcılığını Mélanie Freymond və Sven Epiney öz üzərinə götürəcək. Biletlər 30 yanvarda Ticketcorner.com-da satışa çıxacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Etapa Națională 2025” finalistləri bəlli olub

Avroviziya 2025 aparıcıları təqdim edilib

Rəy bildir