İctimai Televiziya və Radio Yayımları Şirkəti az öncə Azərbaycanı “Avroviziya 2026”da təmsil edəcək təmsilçinin adına aydınlıq gətirib.
Rəsmi olaraq ölkəmizi 70-ci Avroviziya mahnı müsabiqəsində “Səs Azərbaycan 2025” qalibi Cəmilə Həşimova, yəni səhnə adı ilə JİVA təmsil edəcək.
Qeyd edək ki, hazırda mahnı ilə bağlı məlumat yoxdur, lakin mahnının yaxın günlərdə kliplə birlikdə təqdim ediləcəyi güman edilir.
Xatırladaq ki, 12xal komandası olaraq ötən il baş tutan “Səs Azərbaycan 2025” finalında Jiva ilə müsahibəmiz baş tutmuş və müğənni Avroviziyaya getmək istədiyini də dilə gətirmişdi.
Discover more from
Subscribe to get the latest posts sent to your email.






