İSRAİL: EDENE ALENE “SET ME FREE” DEYƏCƏK

İsraili Avroviziya 2021 yarışmasında Edene Alene “Set Me Free” adlı mahnı ilə təmsil edəcək.
Bu gecə yayımçı kanal KAN tərəfindən təşkil edilmiş xüsusi proqramda ölkəni təmsil edəcək mahnın “Set Me Free” olacağı məlum olmuşdur.Nəzərinizə çatdıraq ki, az öncə keçirilən milli finalda 3 mahnı yarışırdı. Məhz “-” digərlərindən fərqlənərək İsrailin Rotterdamda səsi olmağa şans qazandı.

Qeyd etmək lazımdır ki, seçimlər bir neçə mərhələdən ibarət idi. İlkin mərhələdə 8 mahnı demo versiyada əsas final üçün yarışdı. Nəticədə “Set Me Free”, “La La Love” və “Ue La La” adlı mahnılar final mərhələsinə yüksələn 3 mahnı olmağı bacardı. Hər bir mahnıya klip çəkilərək ictimaiyyətə təqdim edilmiş və 100% xalq səsverməsi nəticəsində “Set Me Free” adlı mahnı qalib olmuşdur.

Xatırladaq ki, Eden Alene keçən il İsraili “Feker Libi” adlı mahnı ilə təmsil etməli idi. Yarışma ləğv olunduqdan sonra o yenidən təmsilçi olaraq seçilmiş və öz ölkəsini yenidən təmsil etmək hüququnu qazanmışdır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

NORVEÇ: “MGP 2021” ÜÇÜNCÜ YARIMFİNAL MAHNILARI BƏLLİ OLDU

MOLDOVA: NATALİA GORDİENKO GERİ DÖNÜR